buz istehsalı zavodu

ру ледоделательный завод en ice-making plant de Eisfabrik fr fabrique de glace; glacière es fábrica de hielo it fabbrica di ghiaccio
buz hazırlama qabliyyəti
buzlaşma ilə mübarizə
OBASTAN VİKİ
Buz
Buz — bərk aqreqat halında olan su, mineral. Bəzən buz dedikdə bərk aqreqat halında olan maddələr də nəzərdə tutulur. Məsələn, quru buz, ammiak buzu və ya metan buzu. == Buzun sürüşkənliyi == Buz hamar bir səth olduğu üçün düşünüldüyü kimi sürüşkən deyil. Bu vəziyyət belədir, buz konkisinin çox kiçik səthinə olan təzyiq nəticəsində toxunduğu yerdəki buz əriyir və konki bu nazik su təbəqəsi üzərində hərəkət edir. (Ucu iti bıçaq kimi olan konkilərin sahəsi buza o qədər kiçik toxunur ki, buzun səthini dərhal əridir, ərimə temperaturunu 1 °C azaltmaq üçün tam olaraq 130 kq/sm2 tələb olunur.) == Su buzunun əsas xüsusiyyətləri == Hazırda üç amorf və 15 kristal formalı buz modifikasiyası məlumdur. Təbii şəkildə Yerdə buz ancaq bir kristal modifikasiyada, geksoqonal sinqoniya (Buz Ih) şəklində mövcuddur. Ih buzunda hər Н2O molekulu eyni məsafədə yerləşən dörd molekulla əhatə edilir. Bu məsafə 2,76 Å-yə bərabərdir və düz tetraderin zirvəsində yerləşir. Buzun sıxlığı 0 °C-də 916,7 kq/m³-dir, bu isə suyun (999,8 kq/m³) sıxlığından azdır.
Əmtəə istehsalı
Əmtəə istehsalı — bütün məhsulların satış üçün yaradıldığı bir təşkilat növüdür. İctimai əmək bölgüsü səbəbindən yaranır və iqtisadi cəhətdən təcrid olunmuş istehsalçılar tərəfindən həyata keçirilir. Sadə əmtəə istehsalı müstəqil özəl istehsalçı-kəndli və sənətkarlar arasında mübadilə üçün məhsul istehsalıdır. Onun əsas xüsusiyyətləri aşağıdakılardır: İctimai əmək bölgüsü əmtəə istehsalının mövcudluğunun maddi şərti kimi. İstehsal vasitələrinə və əmək məhsullarına xüsusi mülkiyyət. Mülkiyyətçinin istehsal vasitələri və ictimai ehtiyacların ödənilməsi üçün şəxsi əməyi əmək məhsullarının alqı-satqısı yolu ilə həyata keçirilir. İnsanlar arasında iqtisadi əlaqə bazar vasitəsilə həyata keçirilir, yəni sosial xarakter daşıyır. İnkişaf etmiş əmtəə istehsalı ilə təkcə bütün əmək məhsulları deyil, həm də istehsal amilləri, o cümlədən əmək əmtəəyə çevrilir. Bazar münasibətləri universal xarakter alır. Əşyalar arasında münasibətlər kimi çıxış edən bütün iqtisadi münasibətlər sisteminin refikasiyası baş verir və əmtəə fetişizmi yaranır.
Buz generatoru
Buz generatoru — sudan süni buz almaq üçün soyuducu qurğu. Buz generatorunda müxtəlif formalı (kub, blok, tava, kristal) və ölçülü texniki və qida buzu hazırlanır. Buz generatoruları iki tipə ayrılır. Birinci tip bilavasitə (birbaşa) soyuduculu Buz generatorunda buz buxarlandırıcı aparatın səthində dondurulur. İkinci tip Buz generatorunda buz qəlibləri –10 °C-dən –12°C-yədək temperaturda sirkulyasiya edən duz məhlulu vasitəsilə soyudulur. Borulu, pulcuqlu və qarlı (kristal) buz yaradan Buz generatoruları daha intensivdir, onlarda buz qəlibləri olmur. Suyu təbəqə-təbəqə fasiləsiz dondurmaqla buz alınır; bu, donmuş səth vahidindən daha çox buz almağa imkan verir. Belə Buz generatorunun məhsuldarlığı sutkada 40 t-a çatır.
Buz nəhəngi
Buz nəhəngi — i əsasən, karbon, oksigen azot və kükürd kimi hidrogen və heliumdan daha ağır elementlərdən ibarət nəhəng planetdir. Günəş sistemində iki buz nəhəngi var: Uran və Neptun. Astrofizikada və planetar elmdə "buzlar" termini müvafiq olaraq donma nöqtələri 273 K (0°C), 195 K (-78°C) və 91 K (-182°C) olan su, ammonyak və ya metan kimi təxminən 100 K-dən yuxarı donma nöqtələrinə malik uçucu kimyəvi birləşmələrə aiddir (bax Uçucu maddələr). 1990-cı illərdə Uran və Neptunun, əsasən hidrogen və heliumdan ibarət qaz nəhəngləri olan digər nəhəng planetlərdən, Yupiter və Saturndan ayrı nəhəng planetlər sinfi olduğu müəyyən edilmişdir.
Buz səhrası
Buz səhrası == Buz səhra == Buz Səhra soyuq səhranın bir növü. Buz səhrası bitki örtüyünün olmaması, havanın alçaq temperaturu və mümkün fizioloji rütubətin çatışmaması ilə izah edilir. Buzlağın geniş məskəni olan Antarktida çox sayda buz var.
Buz şəlaləsi
Buz şəlaləsi – buzlaq yatağının çox meyilli olduğu yerdə buzlağın parçalanıb yarıqlar və pillələr əmələ gətirdiyi hissədir. .
Meyvəli buz
Meyvəli buz-Soyuq desert olub, donmuş içəcəkdən hazırlanır. Bəzən çay və ya meyvəli içəçəklərdən istifadə edilir. Meyvəli buzu hazırlayan zaman mayenin donması üçün çubuqun ətrafına dolanır. Bəzən rəngləşdiricilərdən də qatırlar. Bəzi növ meyvəli buzlar isə stakana qoyulur, çubuqlar isə yanına qoyulur. İlk dəfə meyvəli buz 1905-ci ildə hazırlanıb. 11 yaşlı San-Fransiskolu Frenk İpperson stakanda qazlı suyu içərisindəki taxta qaşıqla unudub qoyub. Gecə temperaturun aşağı düşməsi ilə stakanda olan qazlı su donmuş və Frenk onu səhəri gün aşarlayır. O əvvəl buzu əritmək istəyir və qaşıqdan tutaraq onu çıxarır. Sonra eləcə yeyir.
Quru buz
Quru buz - quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında. Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m³-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır.
Ölü buz
İtalyansayağı buz
İtalyansayağı buz — soyuq desertdir. Bu buzu hazırlamaq üçün sirop smesindən və meyvəli puredən istifadə olunur. Bunu hazırlamaq üçün müxtəlif növ sirop və meyvədən istifadə etmək olar. Buz üçün lazım olan bütün komponentlər adrıcıl olaraq blenderə qatılır və pure halına salınır və bundan sonra onu soyuducuya qoyulur. İtalsayağı buzun miqdarı ona əlavə edəcəyimiz məhsullardan asılıdır. Bəzən "hurman italsayağı buz" adına rast gəlirik. Onun italiyansağı buzdan fərqi onun hazırlamasında iki məhsuldan istifadə edilir. Həmçinin ona albalı, kokos, limon şirəsi əlavə edilir. Bununla yanaşı şokolad ,portağalda əlavə edilə bilər. İtalyan buzu Filadelfiyada "su buzu" olaraq da tanınır.
Buz Kralı
Buz Kralı (həmçinin Saymon Petrikov kimi bilinir) — "Macəra zamanı" cizgi serialındakı personajlardan biri. Tom Kenni tərəfindən səsləndirilmişdir. Başlanğıcda personaj həmişə şahzadələri ələ keçirməyə çalışan pis niyyətli bir sehrbaz kimi təqdim edildi. Növbəti mövsümlərdə məlum oldu ki, onun bu cür şeylər etməsinin səbəbi ona buz güclər qazandıran başına taxtığı tacdır. Üçüncü mövsümdə onun bir vaxtlar Saymon Petrikov adlı normal insan olduğu və tac taxdıqdan sonra dəli olduğu üzə çıxır.
Buz dövrü
Buz dövrü (Qədim buzlaşma) — bir neçə milyon il davam edən, qitələrin və okeanların buzlaqlarının olduqca kəskin şəkildə artması ilə ümumi iqlimin soyuqlaşması dövrü. Yer kürəsinin tarixində onlar qeyri-bərabər paylanaraq bir neçə onillikdən 200 milyon ilə qədər davam edən buzlaq dövrlərində qruplaşdırılıblar . Yerin geoloji tarixində (dördüncü dövr) bir hadisə üçün ümumiləşdirilmiş bir termindir, bu müddət ərzində iqlimin ümumi nisbi soyuması və kontinental buz təbəqələrinin əhəmiyyətli dərəcədə genişlənməsi baş verir. Buz dövrü — buzlaq epoxaları toplusudur . Buzlaq epoxaları nisbi istiləşmələrlə növbələşir — buzlaşmanın azaldığı dövrlər üzrə ( buzlaqlararası) . Son Kaynozoy buzlaşması adlanan hazırkı buz dövrü son 34 milyon ildir davam edir. Son buz dövründən sonra 12 min il əvvəl başlayan buzlaqlararası dövr, holosen, dördüncü dövrün ( dördüncü buzlaşmanın başladığı və davam etdiyi) bir hissəsidir, bu da öz növbəsində 66 milyon il əvvəl başlayan kaynozoy erasının bir hissəsidir.
Film İstehsalı Aktı
Film İstehsalı Aktı, Hays Qanunu, Hays kodeksi və ya Hays Qaydaları Hollivudda 1924-1966-cı illər arasında qüvvədə olmuş özünüsenzura tətbiqi idi. Filmlərin gənclərə əxlaqsızlıq aşıladığı ilə bağlı mühafizəkar dairələrin illərdir apardığı qarayaxma kampaniyası nəhayət Hollivudu ehtiyat tədbirləri görməyə vadar etmişdir. 1922-ci ildə MPPDA (Motion Picture Producers and Distributors of America/Amerika Kino Filmləri İstehsalçıları və Distribyutorları) yaradılmışdır. Təşkilatı yaradanlar kino aləmindən kənar bir adamı təşkilatın rəhbərliyinə gətirmək qərarına gəlirlər. Bu şəxs dindar, vətənini sevən, siyasətçilərlə yaxşı münasibətlərdə olan biri olmalı idi. William Harrison Hays ildə 150 ​​min dollar kimi çox yüksək bir maaşla bu vəzifəyə təyin edilir. Ştatdan ştata dəyişən və bir çox filmin qadağan edilməsinə səbəb olan senzuradan qaçmaq üçün o, “özünüsenzura”ya əl atdı. 1924-cü ildə kinoprodüserlər çəkəcəkləri filmlərin mövzu xülasəsini Haysın Ofisinə (Hays Office) göndərmək məcburiyyətində buraxıldılar. İki ildən sonra isə Studiya ilə əlaqələr departamenti (Studio Relations Department) yaradılmışdır. Bu departamentdə studiyaların nələrə diqqət etməli olduğuna dair əsasnamə hazırlanmışdır.
Fələstində zeytun istehsalı
"Azon" zavodu
Azon zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Müəssisənin nizamnamə kapitalı 554.928 manatdır. Hazırkı direktoru 2020-ci il sentyabrın 7-də bu vəzifəyə təyin edilmiş Tehran Əliyevdir. == Tarixi == "Azon" zavodu 1974-cü ildə "Mikrosxemotexnika" Bakı Xüsusi Konstruktor Bürosunun bazasında yaradılmış və SSRİ Elektronika Sənayesi Nazirliyinin tərkibinə daxil edilmişdir. Burada SSRİ dönəmində kosmik cihazlar da istehsal olunurdu. 1993-cü ildən Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tabeliyində olmuşdur. 2006-cı ilin sentyabr ayından "Azon" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. "Azon" zavodu Azərbaycanda inteqral mikrosxemlərin tam istehsalı üzrə ixtisaslaşmış, geniş texnoloji bazaya malik yeganə müəssisədir. 2012-ci ildə yayılmış məlumata əsasən "Azon" zavodunun istehsalat sahəsi hərraca çıxarılıb. Sahəsi 27714,8 m² olan müəssisənin start satış qiyməti 2 milyon 38 min 750 manat, ilkin satış qiyməti 1 milyon 732 min 938 manat olub.
"Peyk" zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. == Fəaliyyət sahələri == "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya qədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalı Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. == Texnoloji imkanları == Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi; Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
"Radioquraşdırma" zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. == Tarixi == "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
"Telemexanika" zavodu
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Şirvan şəhərində yerləşir. == Tarixi == "Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır. 1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir. 1991-ci ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir. 2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır. Hadisə qısaqapanma nəticəsində baş verib.
Alov zavodu
Alov zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. == Tarixi == "İskra" zavodu 1975-ci ildə SSRİ müdafiə sənayesi nazirinin əmrinə əsasən Azov Optika-mexaniki zavodun filialı kimi yaradılmış və 1978-ci ildən fəaliyyətə başlamışdır. 1993-cü ildən Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "İskra" zavodu Azərbaycan Respublikası Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində fəaliyyətini davam etdirmişdir. 2006-cı ildən "İskra" zavodu Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. 2008-ci ildən "Alov" zavodu adı altında fəaliyyət göstərir.
Kirov zavodu
Putilov zavodu, Leninqrad Kirov zavodu və ya Kirov zavodu (ru: Кировский завод) Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən bir maşın zavodudur. == Yaradılması == Zavod top mərmisi istehsal etmək üçün 1800-cü illərdə inşa edilmişdir. 1848-ci ildə Putilov adlı bir sənayeçi tərəfindən satın alındı ​​və adı Putilov zavodu oldu. Bu dövrdə dəmir yolları üçün müxtəlif komponentlər istehsal etmişdir. 1890-cı illərdəki sənayeləşmə dövründə istehsal gücü və işçi sayı artmışdır. 1900-cü ildə fabrikdəki işçi sayı 12 min 400 nəfər idi. == İstehsal == Fabrik Rusiyanın Çar hökumətinin böyük sifarişlərini yerinə yetirmiş və dəmir yolu komponentləri istehsal etmiş və beləliklə də ölkənin ən əhəmiyyətli sənaye müəssisələrindən biri olmuşdur. 1900-cü ildən top mərmisi istehsalını bərpa etmiş və Çar Ordusunun ən vacib sursat tədarükçüsünə çevrilmişdir. 1917-ci ildə, Sankt-Peterburq şəhərindəki ən böyük fabrik kompleksi idi. == 1917-ci il inqilabları == 1917-ci ilin Fevral İnqilabı ilə devrilmiş Çar rejiminin süqutu zamanı Putilov zavodu işçiləri tərəfindən təşkil edilən tətillər və aksiyalar ilə ön plana çıxmışdır.
Peyk zavodu
Peyk zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Çoxlaylı çap lövhələri istehsal edən "PEYK" zavodu 1993-cü ildə Fransanın M. U. P. İndustrie G. İ. E. konsorsiumunun iştirakı ilə tikilmişdir. 1993–2005-ci illər ərzində "PEYK" zavodu Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Peyk" zavodu Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyət göstərir. Sifarişçi ölkələr – Fransa, İngiltərə, ABŞ və ölkələrdir. Müəssisənin istehsal etdiyi məhsulların 95%-i xarici ölkələrə ixrac olunur. "PEYK" zavodunun istehsalat fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır: Birüzlü, ikiüzlü və çoxlaylı (40 laya gədər) çap lövhələrinin istehsalı; Əyilgən çap lövhələrinin istehsalı; Sərt-əyilgən çap lövhələrinin istehsalı Müəssisənin illik istehsal gücü 60 000 m² çap lövhəsi. Müəssisənin əsas istehsalat sahələri: "BARCO" işçi stansiyası; Fotoşablonların hazırlanması sahəsi; Pəstah sahəsi; Mexaniki sahə; Fotomexanika sahəsi; Qalvanik örtük sahəsi; Qoruyucu örtükləmə sahəsi; Setkoqrafiya sahəsi; Müəssisənin köməkçi istehsalat sahələri: Mikroiqlim sahəsi; Elektrik stansiyası; Təmir və texniki xidmət sahəsi; Təmizləmə qurğuları.
Radioquraşdırma zavodu
Radioquraşdırma zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə. "Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.
Seqelski zavodu
Seqelski zavodu (pol. H. Cegielski — Poznań S.A.) — Polşanın Poznan şəhərində yerləşən maşınqayırma şirkəti. Şirkət 1846-cı ildə Hipolit Seqelski tərəfindən qurulmuşdur. Şirkətin ilk işi əvvəlcə metal emalı ilə olmuşdur. 1849-1855-ci illərdə müəssisə kənd təsərrüfatı cihazlarının təmiri ilə məşğul idi. 1855-ci ildə genişləndirməyə ehtiyac olduğu üçün (müəssisə Bazar Otelin yaxınlığında yerləşirdi) şəhərin başqa bir küçəsinə - Kozaya (Koziç) köçürüldü. Təmirdən əlavə şirkət kənd təsərrüfat texnikaları istehsalına başlayır. Bunun nəticəsində şirkət dahada böyüyür. Artıq daha geniş əraziyə ehtiyac duyur. 1859-cu ildə şirkət Arujeynaya küçəsinə köçür.
Telemexanika zavodu
Telemexanika zavodu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Şirvan şəhərində yerləşir. "Telemexanika" zavodu 1981-ci ildə "Cihazlar" zavodu adı altında fəaliyyətə başlamışdır. 1988-ci ildə "Cihazlar" və "Sənaye avtomatikası və Telemexanika" zavodları birləşdirilərək "Sənaye avtomatikası və Telemexanika" zavodu adı altında fəaliyyət göstərmişdir. 1991-ci ildə "Telemexanika" İstehsalat Birliyi yaradılmışdır. 1993-cü ildən "Telemexanika" İstehsalat Birliyi Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibində olmuşdur. 2006-cı ildən "Telemexanika" zavodu Müdafiə Sənayesi Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir. 2016-cı il iyunun 26-da zavodun utilizasiya sahəsində baş vermiş partlayış nəticəsində 2 nəfər həyatını itirmiş, daha 19 nəfər isə yaranalanmışdır. Hadisə qısaqapanma nəticəsində baş verib.
Gəmiqayırma zavodu
Tərsanə və ya verf — gəmilərin tikintisi və ya təmiri üçün yer və ya müəssisə. Sovet dövründə bu cür müəssisələr üçün "gəmiqayırma zavodu" adından istifadə olunurdu. O, gəmilərin və gəmilərin tikintisi, konvertasiyası, modernləşdirilməsi, təmiri və utilizasiyası üzrə ixtisaslaşmışdır. == Etimologiyası == Tərsanə sözü Azərbaycan dilinə italyan dilindəki "tersaná" sözündən keçmişdir, bu söz isə öz növbəsində ərəb dilində "darüssəna" (ərəb. دَار اَلصِّنَاعَة‎‎, mənası – "sənaye evi") sözündən yaranmışdır. Verf sözü Niderland dilindəki "werf" sözündən keçmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == Альфред Генрихович Нюберг. Верфь // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб..